Brifinqdə hansı qərarlar veriləcək? - Deputatdan açıqlama

Brifinqdə hansı qərarlar veriləcək? - Deputatdan açıqlama
SOSİAL
14:30 26.07.2021
1139
"Son zamanlar bütün dünyada olduğu kimi, ölkəmizdə də yoluxma sayı artıb. Düşünürəm ki, Operativ Qərərgah toyların, kütləvi tədbirlərin keçirilməsi ilə bağlı əsaslandırmalar verəcək”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O, bildirib ki, peyvəndlənmənin məcburi edilməsi ilə bağlı qərar verilə bilər:

"Bu, dünyada baş verən tendensiyadır. Qonşu ölkələrə nisbətən Azərbaycanda vəziyyət hələ ki, nəzarət altındadır. Yəqin ki, əhaliyə ciddi çağırışlar olacaq ki, hər kəs peyvəndlənmə prosesindən keçsin. Məncə bununla bağlı yeni qərarlar verilə bilər ki, peyvəndlənmə məcburi edilsin və hər kəs buna cəlb edilsin. Çünki bu tərzdə artma baş verərsə, o zaman qapanmalara gedilə bilər”.

Razi Nurullayev qeyd edib ki, mütləq şəkildə teartlar açılmalıdır:

"Teatra gedən insanlar, əsasən savadlı, ziyalı insanlar olur. Buna görə də teatrların açılması yaxşı olar. Çünki orada ziyalı insanlar maska və digər qaydalara əməl edər. Ziyalı, incəsənət adamlı bel şeylərə əməl etməyə meyillidir. Mən teatrların açılmasının həmişə tərəfdarı olmuşam, bu gün də tərəfdarıyam. Mütləq şəkildə teartlar açılmalıdır”.

Deputat onu da qeyd edib ki, şənbə və bazar ictimai nəqliyyatın işləməməsi qərarında yumşalma gözlənilmir:

"Hazırda xəstəliyin artması mühitində şənbə, bazar ictimai nəqliyyatın işləməməsi qərarında yumşalma ağlıma batmır. Çünki vəziyyətin bundan münasib olduğu vaxtlar da olub. Yoluxma sayı 30-40 olanda bu qərar dəyişməmişdi. Amma indi yoluxma 300-400 arasıdır, bu səbəbdən şənbə və bazar günləri metro və avtobusların işləməməsi ilə bağlı qərarda dəyişiklik olacağı inandırıcı görünmür”.

Aydın Nuri 
OXŞAR XƏBƏRLƏR