Amma həmin xanımın adını açıqlamayıb. Brilliant Dadaşova güman edir ki, tamaşaçılar özləri onun kim olduğunu dərhal anlayacaqlar.AZXEBER.COM-un Milli.Az-a istinadən məlumatına görə, yerli telekanallardan birinin efirində B.Dadaşova deyib:"İndi ancaq özlərini reklam etmək, sponsor, day-day axtarmaq barədə düşünürlər, peşəkarlıq haqda isə fikirləşmirlər. Bir mahnını oxuyan kimi təngnəfəs olurlar, tər su kimi axır. Yaradıcılıq olmadığından isə yalançı piara əl atırlar ki, gündəmdə qalsınlar.Başa düşmürəm, o necə oxuyur, onu necə dinləyirlər? O anlamır ki, nə qədər çox populyarsansa, bir o qədər məsuliyyətin artır. Axı insanlar üçün maraqlıdır ki, sən nə oxuyursan. Elə müğənnilərin artistliyi daha çoxdur".B.Dadaşova o cür müğənnilərə səslərini qorumağı, siqaret çəkməməyi, içki içməməyi tövsiyə edib. Həmçinin deyib ki, onları başa düşür, çünki onlar heç zaman mahnıları ilə populyar olmayacaqlar.