'Brilliant Dadaşova 15 ildir Türkiyə şou-biznesindədi, amma ...' - Aygün Kazımova

16:37 17.04.2013
3956
Son vaxtlar mediada xalq artisti Brilliant Dadaşovanın “Türkiyə musiqi ödülləri”ndə mükafat ala bilməyən müğənnilərimiz haqqında dediyi sözlər qalmaqala səbəb olub. “ATV” telekanalında yayımlanan “Gün keçir” verilişinə qonaq olan xalq artisti Aygün Kazımova həmkarına belə cavab verib:“Əvvəlcədən demişdim ki, burada yer tutmağı gözləmirəm. Brilliant xanım media nümayəndələrinin bu məsələni şişirtməsini qınayıb. Amma yersiz qalmaqallardansa, jurnalistlərin bu cür böyük bir müsabiqəni işıqlandırmalarına sevindim. Mən və həmkarımın adının bu siyahıya düşməsi böyük uğurdur. Siyahıda bizdən başqa Türkiyənin ən məşhur, div sənətçilərinin adı var idi. Elə əjdahalarla bir siyahıya düşmək hər adama nəsib olmur. Oranın şou-biznesinə qatılmağımızın heç bir ili tamam olmayıb. Biz Türkiyənin ən yaxşı sənətçiləri adına layiq bilinərək siyahıya salındıq”.Aygün Kazımova xalq artistinin qardaş ölkədəki fəaliyyəti haqda da danışıb:“Brilliant Dadaşova on beş ildir Türkiyə şou-biznesindədi, amma indiyədək kimi heç bir müsabiqəyə dəvət edilməyib. Bunu qalmaqal üçün demirəm, real faktdır”.Xatırladaq ki, Brilliant Dadaşova "Türkiyə musiqi ödülləri"nə qatılan Aygün Kazımova və Röyanın mükafat ala bilməmələrinə məyus olduğunu, bunun insanda acı təəssürat bağışladığını demişdi.

OXŞAR XƏBƏRLƏR