Brilliant Dadaşova: 'Aramıza girdilər və ...' - VİDEO

MAQAZİN
15:24 05.02.2013
2074
Xalq artisti Brilliant Dadaşovanın səkkiz il əvvəl türk dilində yazdırdığı "Aşkın qanunları var" mahnısı üzə çıxdı.AZXEBER.COM-un məlumatına görə, müğənni sözügedən mahnı ilə bağlı xatirələrini facebook dostları ilə paylaşıb: "Bu mahnını səkkiz il bundan əvvəl oxumuśdum. Nailə Mirməmmədlinin bəstəsidir. Sonra? Sonra əlbətdə ki, aramıza girdilər və mən mahnının səslənməsini istəmədim... Sonra? Sonra da Nailə anladı ki, onu məndən uzaqlaşdırmaqla bəstələdiyi gözəl mahnıları yetim goyublar və əlbətdə ki, biz barışdıq. İndi dostlarımdan biri mahnını tapıb "Youtube"a yerləşdirib. Söhbət "Aşkın qanunları var" mahnısından gedir."Müğənni 8 il əvvəl türk dilində oxuduğu "Aşkın qanunları var" mahnısının dinləyicilərin ixtiyarına verilməsindən istifadə edib ifasına münasibət istəyib. Yazılan şərhlərdə xalq artistini türkcə oxuduğuna görə əlbəttə ki, qınayanlar da olub.Brilliant xanım onu ittiham edənlərə "Bu mahnının sözlərini Xuraman Vəfa belə yazıb. Başa düşə bilmirəm, bu nə qıcıqlanmadır belə türk ləhçəsinə qarşı? Mirzə Ələkbər Sabirin, Hüseyn Cavidin, Əhməd Cavadın yazdığı dil əcnəbi dil deyil!", - deyə cavab verib.

OXŞAR XƏBƏRLƏR