Xalq artisti Brilliant Dadaşova yeni fotolarını yayıb.
AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, o, şəkilləri İnstaqram hesabına yerləşdirib. Sənətçi paylaşımına bu sözləri yazıb:
"Vay, vay. Biabırçılıq, fəlakət. Bütün Azərbaycan camaatının anası, nənəsi və nənəsinin nənəsi yaşda olan mən. Bu öz yerində. Gözəl xanımlarımız, axşam 6,7-dən sonra yemək istəyəndə bol-bol su için. Bir-iki gün çətin olacaq, sonra öyrəşəcəksiniz. Ən azından can sağlığı hiss edəcəksiz".