Brilliant Dadaşova bu oğlanı axtarır - VİDEO

MAQAZİN
11:23 10.02.2025
196
"Konsertöncəsi proqram hazırlarkən ilk solo konsertim yadıma düşdü. Necə sevgi, nə qədər sayğı və məhəbbətlə illər keçdi”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri 8 martda konsert verməyə hazırlaşan Xalq artisti Brilliant Dadaşova sosial media hesabında yazıb.

İlk konsertinin görüntüləini paylaşan sənətçi videodakı oğlanı axtardığını bildirib:

"Bu illərdə mən də böyüdüm və nəsilləri də musiqimlə böyütdüm.. Nə xoş. Videonun sonundakı oğlanı tapın, deyin 8 mart konsertimdə gözləyirəm. Nəzərə alın video 97-ci ilindir”.

Qeyd edək ki, sənətçinin konserti Bakı Konqres Mərkəzində gerçəkləşəcək. Konsertə 1 ay qalsa da, biletlərin 50%-dən çoxu satılıb.
 
Aysel

OXŞAR XƏBƏRLƏR