"Brilliant Dadaşova salamımı almadı" - Afaq Gəncəli

"Brilliant Dadaşova salamımı almadı" - Afaq Gəncəli
MAQAZİN
17:38 23.07.2018
9012

Xalq artisti Brilliant Dadaşova ilə aparıcı Afaq Gəncəli arasında qalmaqal yaşanıb.

AZXEBER.COM-un məlumatına görə, aparıcı "ATV maqazin onlarla”da deyib ki, müğənni onun salamını almayıb və ondan küsüb:

"Ya görməyib, ya da kefi yox idi. Hər dəfə sevə-sevə onu təqdim edirəm. Amma təqdimatımı bəyənmir. Ona xalq artisti, gözəl səsli, gözəl xanım deyirəm. Bunlar boğazdan yuxarı deyil. 

 
Nədənsə arada soyuqluq var. Hiss edirəm məndən incikdir. Əvvəl onunla çox yaxın idik. Zəngləşirdik, danışırdıq, məsləhətləşirdik. Ola bilər ki, onun haqqında verilişdə kimsə nəsə deyib, onun da xoşu gəlməyib”.
 

OXŞAR XƏBƏRLƏR