Brilliant Dadaşova Türkiyədə axtardığını Bakıda tapdı

Brilliant Dadaşova Türkiyədə axtardığını Bakıda tapdı
08:07 08.04.2013
1291

Ötən şənbə Brilliant Dadaşova Azure ticarət və əyləncə mərkəzində konsert proqramı ilə çıxış edib.AZXEBER.COM-un məlumatına görə, müğənni repertuarındakı ritmik mahnılarını mərkəzə gələnlər üçün ifa etdi. Brilliant xanımın ifasında gözəl mahnılar dinləyən iştirakçılardan fəalları, konsertin aparıcısı Muraddan hədiyyələr əldə ediblər.Brilliant xanım tamaşaçılarla ünsiyyət yaratmaqla yanaşı səhnədən mərkəzdəki mağazalara da nəzər salırdı. O telefon mağazasındakı satıcıya iphone 4s telefonu üçün çexol axtardığını söylədi. Onun dediklərindən məlum oldu ki, qırmızı rəngdə, üzərində “Ferrari” şəkli olan çexolu çox bəyənir, amma neçə vaxtdır Türkiyədə bu çexoldan tapa bilmir:”Artıq köhnə çexol yırtılıb. Tanışlarım mənə deyir ki, ay Brilliant bilirik belə məqamlar sənin üçün əhəmiyyətsizdir, amma yenə də belə köhnə çexolu niyə istifadə edirsən? Mən isə həmişə deyirəm ki, digər çexolları işlətmək mənə münasib deyil. Bu markanı çox axtarırdım, çox şadam ki, burada tapdım”.Satıcı isə çexolu Brilliant xanıma satmadı, hədiyyə etdiyini bildirdi.Sonda Brilliant xanım tamaşaçılarla fotoşəkillər çəkdirdi.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR