Brilliant Dadaşovaya ittiham: "Şəxsiyyət vəsiqəsində yaşını azaldıb”

Brilliant Dadaşovaya ittiham: "Şəxsiyyət vəsiqəsində yaşını azaldıb”
MAQAZİN
11:58 17.12.2018
7332
Azərbaycanın məşhur əkizləri Sevil və Sevinc Səfərovalar "ATV maqazin" proqramına qonaq olublar. 

AZXEBER.COM "qafqazinfo”ya istinadən xəbər verir ki, onlar verilişdə bəzi suallara qalmaqallı şəkildə cavab veriblər. 

Sevil-Sevinc açıqlmasında qanun pozduqlarını etiraf ediblər: "Dəfələrlə qanun pozmuşuq. Qanun pozmaq üçün yaranıb”. 

Bundan əlavə, Sevinc xalq artisti Brilliant Dadaşovanın yaşını kiçiltdiyini bildirib: "Deyirlər ki, Brilliant Dadaşova yaşını azaldıb.  Şəxsiyyət vəsiqəsində... Elə eşitmişəm”.  

Həmçinin əkizlər qeyd edib ki, sevgililəri onları ilk tanışlıq vaxtlarında səhv salıb: "Sevgilimiz bizi səhv salıb. Təzə vaxtlarda olub. Görüşə gedəndə yerimizi dəyişməmişik. Amma imtahanlara bir-birimizin yerinə getmişik”. 
 

OXŞAR XƏBƏRLƏR