Brilliant oğlu üçün qız axtarır: “Müğənni də, rəqqasə də ola bilər”
MAQAZİN
13:42 04.04.2015
2347
Xalq artisti Brilliant Dadaşova oğlu Cahadı evləndirmək üçün qız axtarır.Müğənni "ATV Maqazin" verilişinə açıqlamasında necə gəlin istədiyindən danışıb:"4 yaşından oğluma qız axtarıram, amma demişəm, özü də baxsın. Atası və mənim üçün önəmli olan oğlumuzun evlənməsidir.Göstərdiyim qızların hərəsinə bir söz deyir:o, evlənmək üçün deyil, bu, dostumdur.Ağıllı, savadlı qız istəyirəm.Müğənni də, rəqqasə də, musiqiçi də ola bilər. Qara Qarayevi, Cəfər Cabbarlını, Aleksandr Dümanı tanısın, Nizami Gəncəvinin əsərlərindən xəbəri olsun, Mirzə Fətəli Axundovun nədən yazdığını bilsin. Dünyagörüşü olangəlin istəyirəm".B.Dadaşovanın bu yaxınlarda yeni albomu işıq üzü görüb: