Britaniya Avropanı təhlükəsizliyi gücləndirməyə çağırıb

Britaniya Avropanı təhlükəsizliyi gücləndirməyə çağırıb
DÜNYA
22:13 02.03.2025
516
Böyük Britaniya Avropanı "Securing Our Future” müdafiə sammitində təhlükəsizliyi gücləndirmək fürsətindən istifadə etməyə çağırıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Birləşmiş Krallığın Baş naziri Kir Starmer "Avropa təhlükəsizliyini gücləndirmək üçün bənzərsiz anı dəyərləndirmək” çağırışı edib.

Agentlik qeyd edib ki, sammitin əsas mövzularından biri nüvə cilovlaması olub. Bu xüsusilə öz nüvə silahına sahib olmayan ölkələr üçün aktualdır.

Starmer həmçinin bildirib ki, siyasətçilər ABŞ-nin Avropa təhlükəsizliyindəki rolunu müzakirə edəcəklər. Onun sözlərinə görə, daxili siyasi fərqliliklərə baxmayaraq, sülhə gedən yolu axtarmaq vacibdir.
OXŞAR XƏBƏRLƏR