Britaniya hərbi peyklərin idarə olunmasında ABŞ-dən asılılıqdan ehtiyat edir

Britaniya hərbi peyklərin idarə olunmasında ABŞ-dən asılılıqdan ehtiyat edir
DÜNYA
08:59 16.10.2026
236
Böyük Britaniyanın Baş naziri Endi Börnhemin dəftərxanası ölkənin Müdafiə Nazirliyinin yeni nəsil hərbi peyklərin yaradılması üçün Amerikanın "Lockheed Martin" şirkəti ilə bağlamağı planlaşdırdığı 2 milyard funt sterlinq (2,65 milyard dollar) dəyərindəki müqaviləni yoxlayacaq.

"The Daily Telegraph" xəbər verir ki, söhbət Britaniyanın "Skynet" hərbi rabitə sistemi üçün nəzərdə tutulan peyklərdən gedir.

Nəşrin məlumatına görə, Londonda ehtiyat edirlər ki, razılaşmanın bağlanması ABŞ-yə Böyük Britaniyanın öz hərbi peyklərinin istifadəsi ilə bağlı qərarlarına təsir göstərməyə imkan verəcək.

"Gələcəkdə Folklend adalarına görə qarşıdurmanın yaranacağı və bizim "Skynet" sistemindən istifadə etməyə ehtiyac duyacağımız, lakin amerikalıların bizə rədd cavabı verəcəyi bir vəziyyəti təsəvvür etmək çətin deyil. Beləliklə, milli böhranın qızğın çağında siz Vaşinqtona bu sistemin istifadəsinə veto hüququ vermiş olacaqsınız", - qəzetin Britaniya müdafiə idarəsindəki mənbəyi bildirib.
 
///report///
OXŞAR XƏBƏRLƏR