Britaniya hökuməti geri addım atıb - “Andlılar məhkəməsi” qalacaq

Britaniya hökuməti geri addım atıb - “Andlılar məhkəməsi” qalacaq
DÜNYA
16:59 04.10.2026
105
Böyük Britaniya hökuməti cinayət işlərində andlılar məhkəməsinin tətbiqini ciddi şəkildə məhdudlaşdırmaq planından imtina edib.

AZXEBER.COM "Sky News"a istinadən xəbər verir ki, əvvəlki hökumətin hazırladığı plana əsasən, andlılar məhkəməsi əsasən qətl, adam öldürmə və zorlama kimi ən ağır cinayətlər üçün saxlanılmalı idi. Digər bir sıra işlərə isə hakim təkbaşına baxacaqdı.

Yeni ədliyyə naziri Aleks Norris hökumətin bu məsələdə mövqeyini dəyişdiyini açıqlayıb. Yeni təklifə görə, yalnız bəzi dələduzluq və maliyyə cinayətləri üzrə işlərə andlılar olmadan baxılması mümkün olacaq.

Əvvəlki dəyişikliklər məhkəmələrdə yığılıb qalan işlərin sayını azaltmaq məqsədi daşıyıb. Lakin minlərlə hüquqşünas bunun problemi həll etməyəcəyini bildirərək plana etiraz edib.
 
APA
OXŞAR XƏBƏRLƏR