Britaniya Livandan 250 vətəndaşını təxliyə edib

DÜNYA
12:15 05.10.2024
275
Böyük Britaniya hökuməti çarter reysləri ilə Livandan 250 vətəndaşını təxliyə edib.

Sonuncu - dördüncü reysin oktyabrın 6-da Beyrutdan uçması planlaşdırılır.

Xarici İşlər Nazirliyi ölkədə qalan britaniyalıları təcili olaraq əlaqə saxlamağa və bazar günü uçuşdan yararlanmağa çağırıb. "Tələb azaldığına görə əlavə uçuşlar həyata keçirmək planları yoxdur, lakin biz vəziyyəti yaxından izləməyə davam edəcəyik", - nazirlikdən bildirilib.
 
\Report
OXŞAR XƏBƏRLƏR