Böyük Britaniya Baş naziri Rişi Sunakın bu həftə sonu ABŞ-a səfəri zamanı müdafiə büdcəsini 5 milyard funt sterlinq artıracağını elan edəcəyi gözlənilir.
Baş nazir üçtərəfli nüvə sualtı paktı müzakirə etmək üçün Vaşinqtonda Prezident Co Bayden və avstraliyalı həmkarı Entoni Albanese ilə görüşəcək. Onun artımla bağlı səfər çərçivəsində məlumat verməsi gözlənilir.
Qeyd edək ki, Britaniya mətbuatının yazdığına görə, bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Maliyyə Nazirliyindən inflyasiyanın artması və funtun əhəmiyyətli dərəcədə ucuzlaşması səbəbindən əlavə 8-11 milyard funt sterlinqlik büdcə artımı istəyib. Ancaq Britaniya iqtisadiyyatında çətinliklərin olduğu bir şəraitdə müdafiə büdcəsində gözlənilən artım çox daha az olacağı gözlənilir.
///apa