Britaniya Qəzza zolağına ilk dəfə olaraq havadan humanitar yardım göstərib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Müdafiə Nazirliyindən verilən açıqlamada Kral Hərbi Hava Qüvvələrinin dünən ilk dəfə RAF A400M hərbi nəqliyyat təyyarəsi ilə Qəzzaya 10 tondan çox ərzaq ləvazimatı hava yolu yardımı edildiyini açıqlanıb.
Açıqlamada su, düyü, yağ, un, konserv və uşaq qidalarından ibarət 10 tondan çox humanitar yardımın Qəzza xalqına dəstək olacağı bildirilib.
Həmçinin bildirilib ki, Böyük Britaniya hava yardımı əməliyyatını planlaşdırmaq və həyata keçirmək üçün İordaniya Kral Hərbi Hava Qüvvələri ilə sıx əməkdaşlıq edib.
Gülay