Britaniya Rusiya kəşfiyyatının 18 üzvünə qarşı sanksiya tətbiq edib

Britaniya Rusiya kəşfiyyatının 18 üzvünə qarşı sanksiya tətbiq edib
DÜNYA
19:45 18.07.2025
360
Böyük Britaniya Rusiyanın kəşfiyyat orqanlarının üzvü olmaqda ittiham etdiyi 18 şəxsə sanksiya tətbiq edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Britaniya XİN məlumat yayıb.

Sözügedən şəxslərin gizli bomba əməliyyatlarında, qəsdən yanğın törətməkdə, Avropada müxtəlif infrastrukturlara ziyan vurmaqda, həmçinin genişmiqyaslı kiberhücumlar törətməkdə ittiham olunduğunu bildirilir.
Sanksiyaya məruz qalan şəxslərin Rusiyanın hərbi kəşfiyyatı olan QRU üçün işlədiyi məlum olub. Eyni zamanda, QRU-nun üç şöbəsi də sanksiyaya məruz qalıb.
 
Onların arasında Britaniyada yaşayan keçmiş rus kəşfiyyatçısı Sergey Skripal və onun qızı Yulia Skripala qarşı sui-qəsdin iştirakçıları da var.

Qeyd edək ki, 2018-ci ilin mart ayında Rusiyanın xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Sergey Skripal və onun qızı Yulia Skripal Britaniyada kimyəvi silah hesab olunan maddə ilə zəhərlənib.
OXŞAR XƏBƏRLƏR