Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib

Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
DÜNYA
19:23 26.09.2024
193
Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını yenidən genişləndirərək daha iki şirkət və qazın nəqli üçün nəzərdə tutulan beş gəmini siyahıya əlavə edib.

Bu barədə siyahının yenilənmiş variantı Böyük Britaniyanın Maliyyə Nazirliyinin saytında dərc olunub.

Sanksiyalar "Ocean Speedstar” və "White Fox Ship Management FZCO” idarəedici şirkətlərinə tətbiq edilib. Məhdudiyyətlərin şamil olunduğu gəmilər arasında "Asya Energy”, "Pioneer”, "North Sky”, "SCF La Perouse” və "Nova Energy” var.
OXŞAR XƏBƏRLƏR