Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
DÜNYA
23:06 07.07.2025
300
Britaniya hökuməti Ukrayna münaqişəsi ilə əlaqədar Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general-mayor Aleksey Rtişşevə və onun müavini general-mayor Andrey Marçenkoya qarşı sanksiyalar tətbiq edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu şəxslərin adı Britaniya hökumətinin saytındakı sanksiyalar siyahısına əlavə edilib.

Məhdudiyyətlərə Böyük Britaniyaya giriş qadağası və aktivlər aşkar edilərsə, onların dondurulması daxildir.

Bundan əlavə, Ukrayna münaqişəsinə görə Sergiyev Posad şəhərində yerləşən Tətbiqi Kimya Elmi-Tədqiqat İnstitutu da sanksiyalar siyahısına əlavə edilib.
OXŞAR XƏBƏRLƏR