Britaniya və ABŞ Cənubi Kiprdən bunün üçün istifadə edib

Britaniya və ABŞ Cənubi Kiprdən bunün üçün istifadə edib
DÜNYA
14:02 15.07.2024
136
Böyük Britaniya və ABŞ Cənubi Kiprdəki ingilis bazalarından Tel-Əviv rəhbərliyinə silah və kəşfiyyat dəstəyi vermək və İsraili dəstəkləmək üçün istifadə edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərbi və kəşfiyyat qurumlarının işi ilə bağlı araşdırma xəbərləri verən "British Declassified UK" saytında məlumat dərc edilib.
 
2023-cü ilin oktyabr ayından bu yana ingilis hərbi yük təyyarələrinin İsrailə etdiyi 60-dan çox uçuşun əksəriyyəti suveren baza statusu olan Akrotiri (Ağrotur) Hava Bazasından həyata keçirilib.

Britaniya Müdafiə Nazirliyi bütün bu iddiaları təkzib edib.

Qeyd edək ki, aprel ayında İranın İsrailə cavab hücumları zamanı Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qalxaraq havada İran raketləri və pilotsuz təyyarələrini vurmaq missiyasını üzərinə götürüb.

Britaniya bazalarından İsrailə hərbi dəstək üçün istifadə etməsi adada vaxtaşırı etirazlara səbəb olur.
  
Gülay
OXŞAR XƏBƏRLƏR