Britaniya və Fransa Suriyada İŞİD-ə zərbələr endiriblər

Britaniya və Fransa Suriyada İŞİD-ə zərbələr endiriblər
DÜNYA
11:02 04.01.2026
106
Böyük Britaniya və Fransa qırıcıları Suriyada İŞİD terror təşkilatının yeraltı silah anbarlarına hava zərbələri endirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Nazirlikdən dəqiqləşdiriblər ki, kəşfiyyat Palmira şəhərindən şimalda yeraltı tikili aşkar edib.

Əməliyyatda "RAF Typhoon FGR4" qırıcıları da iştirak ediblər və "Paveway IV" idarə olunan bombalar ilə zərbələr endiriblər.
 
Oxu.Az 
OXŞAR XƏBƏRLƏR