Britaniya XİN başçısı çinli həmkarının "yoxa çıxması"na görə Pekinə səfərini təxirə salıb

Britaniya XİN başçısı çinli həmkarının "yoxa çıxması"na görə Pekinə səfərini təxirə salıb
DÜNYA
18:45 22.07.2023
238
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Çinə əvvəlcədən planlaşdırılan səfərini təxirə salıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, buna səbəb Çinin xarici işlər naziri Tsin Qanın bir aya yaxındır heç bir səbəb göstərilmədən ictimaiyyət arasında görünməməsidir.

C.Kleverlinin iyulun sonunda Çinə səfəri gözlənilirdi.

Rəsmi London və Pekin səfərin yeni tarixini nəzərdən keçirirlər.

Qeyd edək ki, T.Qan barədə bir aya yaxındır məlumat yoxdur. Ehtimallara görə onun barəsində cinayət işi açılıb. Qeyri-rəsmi informasiyalara əsasən, nazirin nikahdan kənar əlaqələri barədə xəbər yayıldıqdan sonra yoxa çıxıb.

Xatırladaq ki, ABŞ-la Çin arasında münasibətlərin qaydaya düşdüyü barədə məlumat yayıldıqdan sonra 57 yaşlı diplomatın yoxa çıxması barədə xəbərlər yayılıb. Çin Xarici İşlər Nazirliyi bu məsələyə hələ rəsmi münasibət bildirməyib.
OXŞAR XƏBƏRLƏR