Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ötən gecə Kiyevin kütləvi atəşə tutulmasına münasibət bildirib.
O, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Dünən gecə Rusiya 14 raket və yüzlərlə pilotsuz təyyarə ilə Ukraynaya hücum etdi. Ukraynanın dinc sakinləri üçün daha bir terror gecəsi, daha çox yaralılar və dağılan evlər. Bu, sülh istəyən ölkənin hərəkəti deyil", - Lemmi bildirib.
Qeyd edək ki, mayın 24-ü gecədən səhərə kimi Ukrayna 250-dən çox "Şahed” kamikadze pilotsuz uçuş aparatı və 15 ballistik raketdən istifadə olunmaqla kütləvi hava zərbələrinə məruz qalıb.
/report