Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb

Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
DÜNYA
05:26 24.10.2021
386
Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 44 985 yoluxma halı qeydə alınıb.

AZXEBER.COM-un "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 8 734 934 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 135 nəfər, hazırkı dövrədək isə 139 461 nəfər vəfat edib.
OXŞAR XƏBƏRLƏR