Britaniyada ötən sutka koronavirusa 16 mindən çox yoluxma qeydə alınıb

Britaniyada ötən sutka koronavirusa 16 mindən çox yoluxma qeydə alınıb
DÜNYA
22:08 23.06.2021
406
Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 16,1 min yoluxma halı qeydə alınıb.

AZXEBER.COM-un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə britaniya KİV-ləri məlumat yayıb.

Məlumata əsasən, son sutka koronavirusdan 19 nəfər ölüb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanların sayı 4,6 milyon nəfəri, koronavirusdan ölənlərin sayı isə 128 min nəfəri ötüb.
OXŞAR XƏBƏRLƏR