Britaniyadan Rusiyanın 6 diplomatı deportasiya etməsinə SƏRT REAKSİYA

DÜNYA
15:24 13.09.2024
234
Xəbər verdiyimiz kimi, Rusiya casusluq ittihamı ilə 6 Britaniya diplomatını ölkədən çıxarıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniya casusluq ittihamlarının tamamilə əsassız olduğunu bildirib.

Bu barədə İngiltərə Xarici İşlər Nazirliyinin sözçüsü açıqlama verib.

"Rusiya hökuməti Rusiyanın Avropa və Böyük Britaniyadakı fəaliyyətlərinə qarşı Britaniya hökumətinin gördüyü tədbirlərə uyğun olaraq, keçən ay 6 Britaniya diplomatının Rusiyadakı diplomatik akkreditasiyasını ləğv etdi. Milli maraqlarımızı qoruduğumuz üçün üzr istəmirik" - deyə sözçü əlavə edib.

FSB-nin verdiyi açıqlamada 6 Britaniya diplomatının Moskvadakı akkreditasiyasının casusluq və ölkənin təhlükəsizliyinə təhdid törətməkdə şübhəli bilinərək ləğv edildiyi açıqlanıb.

Açıqlamada, İngiltərənin beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsi prosesini koordinasiya etdiyini göstərən bəzi sənədlərin Rusiya kəşfiyyatı tərəfindən ələ keçirildiyi bildirilib.
 
Qeyd olunub ki, bu bölmənin Rusiyanı strateji cəhətdən məğlub etmək üçün Ukraynada müharibənin başlamasından sonra kəşfiyyat bölməsinə çevrildiyi iddia edilib və Moskvaya göndərilən bəzi ingilis diplomatların hərəkətlərinin təhdid yaratdığı dilə gətirilib.

FSB həmçinin akkreditasiyası ləğv edilən britaniyalı diplomatların fotoşəkillərini də dərc edib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR