Britaniyanın səhiyyə naziri istefaya gedir

Britaniyanın səhiyyə naziri istefaya gedir
DÜNYA
23:38 26.06.2021
748
Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok istefaya getmək barədə qərar qəbul etdiyi bildirib.

AZXEBER.COM-un "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə nazir özünün "Twitter" səhifəsində yazıb.

M.Henkok bildirib: "Səhiyyə və sosial işlər naziri vəzifəmdən istefa ərizəmi vermək üçün bu gün baş nazirlə görüşdüm. Başa düşürəm ki, bu ölkənin bütün sakinləri (pandemiya ilə mübarizə və karantin tədbirləri zamanı -red.) böyük fədakarlıqlar etməli oldular. Bu qaydaları təyin edənlər onlara riayət etməlidirlər və buna görə də mən vəzifəmdən ayrılmalıyam".
OXŞAR XƏBƏRLƏR