Broyler fabriki partlayan deputat İqbal Məmmədovla bağlı ilginc FAKTLAR - Ölkəyə yanğınsöndürmə balonlarını da o gətirir

SOSİAL
13:32 27.07.2017
7238

Xəbər verdiyimiz kimi, Lerik rayonunda broyler fabrikində partlayış baş verib. 

Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub. Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.

AZXEBER.COM xəbər verir ki, Piran kəndindəki "Lerik Broyler" MMC adlı şirkətdə baş verən partlayışdan sonra bu şirkətin kimə məxsus olduğu ortaya çıxıb. Belə ki, millət vəkili İqbal Məmmədovun sahibi olduğu "Lebro" broylerinin ekologiyaya ziyan vuraraq, xəstəlik yaymaqla məşğul olması ilə bağlı dəfələrlə mətbuatda yazılar dərc edilsə də heç bir addım atılmayıb. Hətta bununla bağlı ərazidə yaşayan sakinlər dəfələrlə müraciətlər də ünvanlayıblar. 

Məsələn 2016-cı ilin avqust ayında  Lerik rayonu Piran kəndinin sakinlərinin imzaladıqları şikayət ərizəsində deyilir:

""Lebro” Broyler tərəfindən Piran kəndi sakinlərinin suyundan gündəlik istifadə etdikləri çaya kəsilmiş toyuqların qanı axıdılır. Deputatın özünə bu barədə dəfələrlə deyilib, amma heç bir nəticə görməyib. Başqa media orqanlarına da şikayət etmişik, yazıblar, amma İqbal Məmmədovun heç kimdən qorxusu yoxdur". 

Milli Məclisin ən fəaliyyətsiz deputatladan biri hesab olunan İqbal Məmmədovun biznesmen deputatlardan biri olduğu məlumdur. Deputat yanğınsöndürmə balonlarının ölkəyə gətirilməsində ən böyük şirkətlərdən biri olan "Kaspi-Yıldız” Azər-Türk MM” şirkətinə də sahibdir.

İ.Məmmədov deputat seçildikdən sonra qardaşı Çingiz Məmmədovu şirkətin başına gətirib. "Kaspi Yıldız” şirkətinin istehsal etdiyi yanğınsöndürmə qurğuları əslində illərdir ki, bütün ölkə boyu sahibkarlara məcburi şəkildə və fantastik qiymətlərlə satılır. Bundan başqa dövlət qurumlarının, komitələrin və digər dövlət müəssəsələrinin binalarının əksəriyyətinin yanğınsöndürmə avadanlıqlarını məhz bu şirkət quraşdırıb. 

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla da sıx münasibətləri olan İqbal Məmmədovun yanğınsöndürmə qurğuları buna görə bazarda daha çox satılan qurğudur. FHN əməkdaşlarının da obyektlər üzərində əsas tələblərindən biri məhz bu şirkətə məxsus avadanlıqların quraşdırılmasıdır.

Bundan başqa İqbal Məmmədov Lerikdə fəaliyyət göstərən "Relax" Əyləncə Mərkəzinin də sahibidir. 

Qeyd edək ki, deputatın adı bundan başqa bir çox dələduzluq hadisələrində də hallanıb. 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir