Brüssel hava limanı uçuşların yarısını ləğv edir

Brüssel hava limanı uçuşların yarısını ləğv edir
DÜNYA
23:19 20.09.2025
319
Brüssel hava limanı kiberhücumdan sonra davam edən fasilələr səbəbindən sentyabrın 21-nə planlaşdırılan uçuşların yarısının ləğv edilməli olacağını açıqlayıb.
 
Bu barədə "Reuters" hava limanının nümayəndəsinə istinadən məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 19-da axşam saatlarında Brüssel də daxil olmaqla, Avropanın bir neçə hava limanına kiberhücum baş verib. Bu, uçuş cədvəllərinə əhəmiyyətli dərəcədə təsir edib, bir çox uçuşların gecikməsi və ləğvinə səbəb olub.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR