Brüssel Hava Limanında bütün uçuşlar ləğv ediləcək

Brüssel Hava Limanında bütün uçuşlar ləğv ediləcək
DÜNYA
12:44 30.09.2024
167
Belçikanın paytaxtı Brüsseldə hava limanında işçilərin tətili səbəbindən oktiyabrın 1-nə planlaşdırılan bütün uçuşlar ləğv edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hava limanının rəsmiləri təhlükəsizlik işçilərinin oktyabrın 1-i tətilə gedəcəyini, bu səbəbdən uçuşlarda ciddi fasilələrin yaranağını elan edib.

Elanda hava yolu şirkətlərinin zərər çəkmiş sərnişinlərlə əlaqə saxlayacağı, həmin günə uçuşu olan sərnişinlərdən hava limanına gəlməmələri istənilib.

Qeyd edək ki, işçilərin tətil etmə səbəbi iş saatının artması və iş şəraitinin çətinliyinə görədir.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR