Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkənin Belçikadakı səfirliyinə Brüssel hava limanında iki partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırmağı tapşırıb.
AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Qeyd edək ki, bu gün Brüssel aeroportunda baş vermiş partlayışlar nəticəsində 17 nəfər ölüb, 25 nəfər yaralanıb.
Hadisədən sonra bütün reyslər ləğv edilib.