BŞBPİ: Mətanət Süleymanzadə ilə bağlı müraciətlər araşdırılır

BŞBPİ: Mətanət Süleymanzadə ilə bağlı müraciətlər araşdırılır
SOSİAL
13:40 12.02.2020
2465
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakıda fəaliyyət göstərən "Mak Marin LTD" şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, İdarənin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Trend-ə deyib ki, vətəndaşlardan daxil olan müracətlər üzrə Xətai RPİ İstintaq şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. Hazırda o saxlanılmayıb.

Xatırladaq ki, mediada yayılan məlumatda bildirilir ki, şirkət rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəməkdə günahlandırılır.

M.Süleymanzadə insanları Azfen, BP və bu kimi nüfuzlu şirkətlərdə işlə təmin edəcəyinə inandıraraq pullarını mənimsəyib və komandası ilə birlikdə aradan çıxıb. Aldadılan şəxslər ofisin qapılarını bağlı görüb polisə müraciət ediblər. Dələduz şirkət sahibinin yeri elə qurbanları vasitəsilə müəyyən edilib və o, polisə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR