BŞİH: Kommunal xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir

BŞİH: Kommunal xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir
SOSİAL
11:21 01.03.2025
222
Bakıya intensiv qar yağması səbəbindən bütün gün ərzində Bakı Şəhər (BŞİH) və paytaxt rayonlarının icra hakimiyyətləri, qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdiriblər.

Bu barədə AZXEBER.COM-a BŞİH-dən məlumat verilib.

"Yağan qarın fəsadlarının aradan qaldırılması ilə bağlı kommunal xidmətlər tərəfindən operativ tədbirlər görülür. Xüsusi təyinatlı texnika tərəfindən mərkəz küçə və prospektlər, həmçinin ətraf qəsəbələrin yolları qardan təmizlənir, texniki duz səpilir", - məlumatda qeyd olunub.

Bildirilib ki, erkən saatlardan etibarən, kommunal xidmətlər metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini davam etdiriblər.
OXŞAR XƏBƏRLƏR