Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.
AZXEBER.COM-un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və Milli Şuranın oktyabrın 7-də, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul”) mitinq keçirməsinə razılıq verilib.
Qeyd edək ki, Milli Şuranın sonuncu mitinqi sentyabrın 23-də keçirilib.