BŞTİ-dən azyaşlı qıza qarşı edilən qeyri-etik hərəkətlərlə bağlı AÇIQLAMA

BŞTİ-dən azyaşlı qıza qarşı edilən qeyri-etik hərəkətlərlə bağlı AÇIQLAMA
SOSİAL
01:20 20.02.2024
965
Xəbər verdiyimiz kimi, sosial şəbəkədə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Baş Təhsil İdarəsi (BŞTİ) açıqlama yayıb.

Verilən açıqlamada deyilir:

"Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdi olan qızın (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək".
OXŞAR XƏBƏRLƏR