BAKU AZƏRBAYCAN
12°C
euro 1.8594
dollar 1.7000
rubl 0.0215
lirə 0.2534

“BTB”nin bəzi filialları bağlandı, 50-dən çox işçisi ixtisar edildi - RƏSMİ AÇIQLAMA

“BTB”nin bəzi filialları bağlandı, 50-dən çox işçisi ixtisar edildi - RƏSMİ AÇIQLAMA
ÖZƏL
16:03 17.02.2020
6324
RƏSMİ AÇIQLAMA" />

2010-cu ildə təsis edilmiş Bank "BTB” ASC-nin iki filialı bağlanıb.

AZXEBER.COM-un "unikal.org"a istinadən verdiyi xəbərə görə, bankın "Premium" və "Ticarət” filialı müəmmalı səbəblərdən bağlanmalı olub.

Hazırda ASC-nin "Ticarət” filialı "Muğanbank”a satılıb. "Premium" filialının səhimləri isə Baş ofisə köçüb. Bankın filiallarını bağlamasını rəsmi elan etməsə də, artıq orada çalışan 50-dən çox işçi ixtisar olunub. 

Məlumatda yaxın günlərdə daha 4 filialın da bağlanacağı bildirilib. Artıq bankın filallarının bağlanması əmanətçilərini də təşvişə salıb. 

Mövzu ilə bağlı Bankın Bank BTB-nin Marketinq departamentinin direktoru Fuad Cəfərov bildirdi ki, Bank BTB müştərilərin, biznes subyektlərinin bankın xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da optimallaşdırır.  

"Bank BTB xidmət nöqtələrinin daha rahat məkanda seçilməsinə xüsusi diqqət verir. Bu səbəbdən xidmət şəbəkəsinin korporativ standartlara uyğun filiallardan təşkil edilməsi və müştəri rahatlığını təmin edən, yeni avadanlıqlarla təchiz olunan xidmət nöqtələrinin istifadəyə verilməsi üzərində artlq intensiv işlərə başlanılıb. Buna misal olaraq, qeyd edə bilərəm ki, müasir standartlara cavab verən "Gənclik” filialı 2019-cu ilin sonlarında müştərilərin istifadəsinə verilib”  – deyə Bank BTB-nin Marketinq departamentinin direktoru Fuad Cəfərov bildirdi. 

 

Fuad Cəfərov əlavə etdi ki, yuxarıda qeyd edilən standartlara cavab verən "Azadlıq" filialı və digər yeni filialların yaxın zamanlarda müştərilərin ixtiyarına verilməsi planlaşdırılır. 

 

Bunlarla yanaşı, bu il Bank BTB üçün əlamətdar ildir, çünki, Bank öz fəaliyyətinin 10 illiyini qeyd edir:

 

"Fəaliyyətimizin 10 illiyini əhatə edəcək "Bank BTB 2019-2021-ci illər üçün təsdiqlənmiş yeni inkişaf strategiyası çərçivəsində silsilə tədbirlər, məhsul yönümlü kampaniyalar, KSM layihələr və rəqəmsallaşan bank xidmətləri ilə təmsil olunacaq. Sürətlə böyüyən Bank BTB-nin 2019-cu il maliyyə göstəriciləri ilə yanaşı, işçi sayında da 16% artım müşahidə olunur".  

 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:26 02.04.2020

Taksi sürücülərinin nəzərinə! - Cərimə edilə bilərsiz

13:18 02.04.2020

Binəqədidə 65 yaşdan yuxarı tənha sakinlərə gigiyenik vasitələr çatdırılıb - FOTOLAR

13:12 02.04.2020

Deputat: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi

12:58 02.04.2020

“Koronavirus Azərbaycanın bütün regionlarına yayılıb”

12:54 02.04.2020

TƏBİB: İlkin mərhələdə sərhədləri keçənləri iki dəfə test edirdik

12:44 02.04.2020

Azərbaycan Prezidenti: “Aprel döyüşləri Dövlətimizin, Ordumuzun gücünü nümayiş etdirdi”

12:38 02.04.2020

Operativ Qərargah: Fövqəladə vəziyyətin elan olunması istisna edilmir

12:37 02.04.2020

“Təkcə Bakıda deyil, hətta rayon və kəndlərdə də yoluxmalar var”

12:31 02.04.2020

TƏBİB: Maska istifadəsi məcburidir

12:27 02.04.2020

DİN: Maska taxmayanlar qaydanı pozmuş sayılır

12:18 02.04.2020

Qərargah: Son günlər koronavirusa yoluxma ilə bağlı rəqəmlər 10-20 nəfər artır

12:11 02.04.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatdı

12:09 02.04.2020

İbrahim Məmmədov: “Prezident əhaliyə dəyən zərərin minimallaşdırılması üçün tapşırıq verib”

12:08 02.04.2020

İbrahim Məmmədov: “Vətəndaşların icazə ilə çölə çıxmasına dair sənəd hazırlanır”

11:50 02.04.2020

TƏBİB-in şöbə müdiri: "Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir"

11:45 02.04.2020

Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlandı