Bu 8 təşkilat Gənclər Fondunun Müşahidə Şurasına keçirilən seçkilərdə məğlub oldu - ADLAR

TOP4
16:04 01.03.2017
2321
Xəbər verdiyimiz kimi, fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaq keçirilib.
 
Yığıncaqda iştirak etmək üçün gənclər təşkilatlarından 148 nümayəndənin müraciət ərizəsi, Müşahidə Şurasının üzvlüyünə namizədliyə isə 16 nəfərin ərizəsi qeydə alınıb. Əvvəlcə açıq səsvermə ilə yığıncağın sədri, katibi, hesablama komissiyasının üzvləri seçilib. Sonra Müşahidə Şurasının üzvlüyünə ərizəsi qeydə alınmış namizədlərin çıxışları dinlənilib.
 
AZXEBER.COM-un məlumatına görə, səsvermədə ən çox səs toplayan 8 təşkilat qalib olub  
 
Fondun Nizamnaməsinə uyğun olaraq, 8 namizəddən 4-ü Azərbaycan Respublikasının Prezidenti tərəfindən Müşahidə Şurasının üzvü təyin olunacaqdır.
 
Səslərin sayına görə ilk səkkiz yeri tutmuş namizədlər seçilmişlər:
 
Mehdiyev Nurəddin Səftər oğlu ("Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi)
Seyidov Mirhəsən Mirheydər oğlu ("İrəli” İctimai Birliyi)
Hüseynov Seymur Elşad oğlu (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası İctimai Birliyi)
Orucov Seymur Vaqif oğlu ("Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyi)
Vəliyev Elmir Elmar oğlu ("Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi)
Mirzəyeva Aysəba Umud qızı (Bakı Beynəlxalq Tələbə Klubu İctimai Birliyi)
Məmmədli Sahil Gülağa oğlu ("Asan Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi)
Piriyev Aydın Tofiq oğlu ("Azərbaycan Universitetinin İntellektual Klubu” İctimai Birliyi)
 
Aşağıdakı 8 təşkilat isə yetəri qədər səs toplaya bilməyib:

Abbasov Həsən Sədi oğlu - "Gənc Xəzər Mühəndisləri” İctimai Birliyi
Ağamirov Ağamir Mirəli oğlu - "Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi
Babanlı Yəhya Məmməd oğlu- "Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi
Əliyev Vahid Ədalət oğlu - "Sağlam Həyat Uğrunda” Gənclərin İctimai Birliyi
İsa-zadə Şöhrət Cavanşir oğlu - "Gənclik Təşəbbüsləri” İctimai Birliyi
Qəribova Həbibə Tələt qızı - "Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
Rüstəmov Elşən Rüstəm oğlu - "Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi
Sadıxov Qədəmşah Qədəmşah oğlu - Azərbaycan Binəsib Uşaq və Gənclər Birliyi İctimai Birliyi

OXŞAR XƏBƏRLƏR