Bu abituriyentlər imtahanlara buraxılmayacaq - XƏBƏRDARLIQ

Bu abituriyentlər imtahanlara buraxılmayacaq - XƏBƏRDARLIQ
SOSİAL
18:57 25.02.2022
393
"Koronavirusla əlaqəli nəticəsi pozitiv olan və peyvənd sertifikatı olmayan şəxslər imtahanlara buraxılmayacaq".

AZXEBER.COM xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, virusa yoluxan şəxslərin məlumatları sistem üzərindən yoxlanılacaq: "Üzrlü səbəblərdən imtahanda iştirak edə bilməyənlər üçün sentyabr ayında buraxılış imtahanları təşkil olunacaq. Həmin şəxslərə yenidən imtahanda iştirak etmək şansı yaradılacaq".
OXŞAR XƏBƏRLƏR