“Bu addım cəza siyasətində daha balanslı və insan mərkəzli yanaşmanın tətbiq olunduğunu göstərir”

“Bu addım cəza siyasətində daha balanslı və insan mərkəzli yanaşmanın tətbiq olunduğunu göstərir”
SİYASƏT
14:57 17.12.2025
136
"Prezident İlham Əliyev tərəfindən amnistiya aktı ilə bağlı müraciətin Milli Məclisə göndərilməsi dövlətin humanizm siyasətinin və sosial ədalət prinsipinə sadiqliyinin növbəti göstəricisidir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. 

O bildirib ki, amnistiya aktı insanların islah olunaraq normal həyata qayıtmasına şərait yaradır:

"Amnistiya aktının təxminən 20 min nəfərə şamil olunacağı gözlənilir ki, bu da həm miqyası, həm də sosial əhəmiyyəti baxımından mühüm qərardır. Bu addım cəza siyasətində daha balanslı və insan mərkəzli yanaşmanın tətbiq olunduğunu göstərir. Amnistiya aktı bir çox ailələr üçün sevindirici xəbər olmaqla yanaşı, cəmiyyətə yenidən inteqrasiya imkanlarının genişlənməsinə, sosial gərginliyin azalmasına və insanların islah olunaraq normal həyata qayıtmasına şərait yaradır”.

Parlamentari qeyd edib ki, amnistiya aktı humanist dəyərlərə söykənir:

"Amnistiya aktı hüquqi islahatların davamlı xarakter daşıdığını, dövlətin cəzanı məqsəd yox, vasitə kimi gördüyünü nümayiş etdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən bu amnistiya aktı humanist dəyərlərə söykənən, ictimai həmrəyliyi və sosial sabitliyi gücləndirən təqdirəlayiq bir addım kimi qiymətləndirilməlidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR