"Bu amillər gənclərdə ümidsizlik, çarəsizlik və özünü dəyərsiz hiss etmə ilə nəticələnir"

"Bu amillər gənclərdə ümidsizlik, çarəsizlik və özünü dəyərsiz hiss etmə ilə nəticələnir"
SOSİAL
14:18 23.10.2025
170
Azərbaycanda gənclər arasında intihar halları yenidən gündəmə gəlib. Dünən gəlinliklə bağlı mübahisə səbəbilə özünə qəsd edən Ləman hadisəsi ictimaiyyətdə geniş rezonans doğurub. Bundan bir müddət əvvəl isə cehizlə bağlı münaqişə nəticəsində bir gəncin öz həyatına son qoyması xəbəri yayılmışdı.

Belə olan halda ortaya sual çıxır ki, böyüklərin ailə qurmaq ərəfəsində olan gənclərin qərarlarına müdaxiləsi nə dərəcədə doğrudur? 

Psixoloq Ayşən Bayramova AZXEBER.COM-a açıqlamasında deyib ki, mədəni dəyərlər və ənənələr davranışların formalaşdırmasında böyük rol oynayır: 

"Mədəni dəyərlər və ənənələr davranışlarımızı formalaşdırmaqda böyük rol oynayır. Amma bəzən "ənənə” və "mədəni norma” adı altında qoyulan tələblər fərdin hisslərinə və şəxsi qərarlarına müdaxilə kimi ortaya çıxır. Hər bir insan həm ailəsinə bağlı olmalı, həm də emosional olaraq özünü idarə edə bilmək bacarığına malik olmalıdır. Bu bacarıq emosional fərqlənmə adlanır. Həmçinin hər bir fərd psixoloji sərhədlərinə uyğun müstəqil düşünmə və qərar vermə qabiliyyətinə malik olmalıdır. Cəmiyyətimizdə bu bacarıqlar çox zaman zəif inkişaf edir: ailə və yaxın çevrə "biz belə görmüşük” deyərək fərdin şəxsi qərarlarını məhdudlaşdıra bilir”. 
 
 

Psixoloq qeyd edib ki, əgər ailə və ya cəmiyyət fərdin qərarlarına, seçimlərinə və şəxsi dəyərlərinə daimi müdaxilə edirsə, bu psixoloji sərhədin pozulması sayılır:

"Belə müdaxilələr tədricən fərdin öz hisslərini və emosiyalarını tənzimləməsini çətinləşdirə bilər. Fərdin hisslərini, düşüncələrini və seçim azadlığını tənqid, təzyiq, manipulyasiya və ya ayıblama yolu ilə idarə etməyə çalışmaq isə emosional zorakılıq hesab olunur. Nəticədə gənc öz həyatına və hisslərinə nəzarət hissini itirə bilər, bu isə ümidsizlik, çarəsizlik və özünü dəyərsiz hiss etmə ilə nəticələnir. Uzun müddətdə bu vəziyyət fərdin özünə inamını və özünü dəyərləndirməsini azaldır, həmçinin onun emosional rifahına və psixoloji sağlamlığına mənfi təsir göstərir”.

Ekspert deyib ki, bu vəziyyət bəzən daha ciddi nəticələrə gətirib çıxara bilir:

"Araşdırmalar göstərir ki, aidiyyət hissinin azalması kimi emosional vəziyyətlər və özünü yük kimi qavrama ("mən hamıya problem olmuşam”) kimi düşüncə nümunələri intihar riskini əhəmiyyətli dərəcədə artırır. Buna görə gənclərin öz hisslərini paylaşa bilməsi, dəstək ala bilməsi və həyatına sahib çıxması həyati əhəmiyyət daşıyır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
20:58 27.10.2026
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
20:53 27.10.2026
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
20:47 27.10.2026
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
20:39 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
20:34 27.10.2026
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
20:31 27.10.2026
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
20:29 27.10.2026
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
20:23 27.10.2026
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Avstriya, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlıq müzakirə edilib
20:17 27.10.2026
Avstriya, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlıq müzakirə edilib
Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb
20:15 27.10.2026
Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
20:10 27.10.2026
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
20:07 27.10.2026
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
20:02 27.10.2026
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
19:59 27.10.2026
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
19:56 27.10.2026
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
19:53 27.10.2026
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq