Bu ana uşaqlarını 'facebook'da satmaq istədi - FOTO

MARAQLI
15:25 13.03.2013
2269

ABŞ-ın Oklahoma ştatında yaşayan 22 yaşlı qadın iki uşağını Facebook-da satmaq istəyəndə həbs olunub.

Oklahoma ştatının Sallisou şəhərinin sakini olanMisti Van Hornadlı qadın 10 aylıq qızını 1000 dollara, 2 yaşlı qızını isə 4 min dollara satmaq istəyirdi. Misti Facebook profilində rəfiqəsinə ünvanlanmış mesajda yazmışdı ki, qeyri-rəsmi nikahda olduğu əri həbs edilib: "Onun məhkəməyə qədər azadlığa buraxılması üçün zəmanət ödəməliyəm. Gərəkli məbləğ olmadığı üçün belə qərara gəldim". Daha sonra həmin qadın Fort-Smitdə yaşayan rəfiqəsi ilə yazışıb və qızlarını satmaqda "qərarlı" olduğunu deyib. Mistinin qərarından şoka düşən qadın dərhal Oklahoma Sosial Təminat Xidmətinə zəng vurub.

Milli.az

OXŞAR XƏBƏRLƏR