“Bu, Ankara üçün prioritet deyil” - Ərdoğan

“Bu, Ankara üçün prioritet deyil” - Ərdoğan
DÜNYA
02:35 16.08.2026
278
"Türkiyə Avropa İttifaqına (Aİ) üzvlüyü özünün əsas prioriteti hesab etmir”.

Bu sözləri müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyənin Aİ-yə üzv olmaması Avropa üçün daha böyük itki olacaq:

"Görünür, Avropa Türkiyənin Aİ-yə üzv olmasını istəmir. Bu, Ankara üçün prioritet deyil. Türkiyənin Aİ-də olmamasından məhz Avropa itirir”.

Qeyd edək ki, iyul ayında Avropa Parlamenti Türkiyəni 1974-cü ildə Kiprə müdaxilə zamanı insan hüquqlarını pozmaqda ittiham edən qətnamə qəbul edib. 

Sənəd NATO-nun Ankarada keçirilən sammitindən qısa müddət sonra qəbul olunub və Türkiyə hakimiyyətinin sərt reaksiyasına səbəb olub.
OXŞAR XƏBƏRLƏR