Bu ay “Ceyhan”la 2 milyon tondan çox neft daşınıb

İQTİSADİYYAT
00:19 08.09.2014
2107

Avqust ayında Ceyhan limanından dünya bazarlarına 2 milyon 214 min 981 ton Azərbaycan nefti çıxarılıb. 

AZXEBER.COMxəbərverirki, AzərbaycanRespublikası DövlətNeft Şirkətinin (ARDNŞ) mətbuatxidmətindənAzərTAc-averilənməlumatagörə, buhəcmin 1 milyon 976 min 809 tonunuAzərbaycanRespublikası DövlətNeftFondununneftitəşkiledib.

Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac edilən neftin həcmi 19 milyon 34 min 448 ton olub.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istismara verilən gündən cari il sentyabrın 1-dək Ceyhan limanından 252 milyon 178 min 362 ton Azərbaycan nefti dünya bazarlarına nəql edilib.

OXŞAR XƏBƏRLƏR