Bu aylarda Azərbaycanda avtomobillər bahalaşacaq - AÇIQLAMA

Bu aylarda Azərbaycanda avtomobillər bahalaşacaq - AÇIQLAMA
İQTİSADİYYAT
12:12 02.09.2022
954
Sentyabr-oktyabr aylarında Azərbaycanda avtomobillər bahalaşacaq.

AZXEBER.COM xəbər verir ki, bunu "APA-Economics”ə açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, iyul ayı ilə müqayisədə avqust ayında avtomobil bazarında durğunluq hökm sürür. Satışlar 10-15% civarında azalsa da, qiymətlərdə hər hansı bir dəyişiklik yoxdur. O bildirib ki, bu ilin yaz aylarından etibarən yeni avtomobil bazarında krassover və mini krossover modellərinə maraq artıb.

"İkinci əl” avtomobil bazarında isə daha çox hibrid və dizel mühərrikli avtomobilllərə maraq artıb. Bu da "Aİ-95” markalı benzinin bahalaşması ilə bağlıdır: "Vətəndaşlar "Prius”la yanaşı, ABŞ-dan gətirilən 1,5 l həcmli köhnə hibrid və dizel mühərrikli avtomobillərə üstünlük verirlər”.

Ekspert bildirir ki, sentyabr ayından etibarən avtomobil bazarında yenidən satışlarda canlanma yaranacaq. Əsas problem isə komfortlu yeni hibrid avtomobilləri ilə bağlı olacaq. Belə ki, elektron avadanlıq və ehtiyat hissələrində çatışmaqlıq bu avtomobillərin qlobal istehsalının və satışlarının azalmasına səbəb ola bilər. Bu da yerli bazarda komfortlu avtomobil qıtlığı yarada bilər.

Ümumilikdə isə E.Cəfərov hesab edir ki, payız aylarında Azərbaycanda avtomobillər 2% civarından bahalaşa bilər: "Məsələn, hazırda 32 min dollara satılan Yaponiya istehsalı olan yeni avtomobil 33 min dollara təklif ediləcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib