Bu sözləri AZXEBER.COM-a açıqlamasında “Kanal 13”ün əməkdaşı Oral Mədənçi deyib.
O, yeni veriliş haqqında məlumat verib: “Veriliş təzə bir layihedir. “Kanal 13” internet televiziyasında yayımlanacaq. Mənim müəllif proqramım olan bu verilişin adı “Tərs suallar”dır. Belə ki, verilişimizdə hər dəfə Azərbaycan cəmiyyətində tanınmış bir şəxs qonaq olacaq. Bu, ictimai-siyasi xadim də ola bilər, idmançı da, digəri də. Onlara şablon mövzular yox, öz sahələrindən kənar suallar veriləcək. Məsələn, bir siyasətçinin hansı futbol komandasına azarkeşlik etməsi, yaxud tanınmış müğənninin siyasi fikirləri hər bir kəsə maraqlı ola bilər. Bununla onları cəmiyyətə fərqli aspektdən təqdim etmək istəyirik.
Proqram ayda bir dəfə, hər ayın sonunda yayımlanacaq. İlk qonağımızın kim olması hələ dəqiqləşməsə də, Xarici İşlər Naziri Elmar Məmmədyarovla danışıqlar aparırıq. Əgər uğurlu alınsa, ilk qonağımız o olacaq.”