Bu azərbaycanlı bir dəfə "Greencard"ı udub getmədi, ikinci dəfə yenidən qalib gəldi - VİDEO

Bu azərbaycanlı bir dəfə "Greencard"ı udub getmədi, ikinci dəfə yenidən qalib gəldi - VİDEO
SOSİAL
17:55 10.05.2022
3248
 AZXEBER.COM-un müsahibi 2 dəfə "Greencard" qalibi olan Fəda Nəsirlidir. 

- Özünüzü izləyicilərimizə təqdim edin...
- Mən Nəsirli Fəda Siyavuş oğlu. 1996-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində dünyaya gəlmişəm. 2018-ci ildə ali məktəbi bitirmişəm. 2019-cu ildə hərbi xidmətə yollanmışam, 2020-ci ildə tərxis olmuşam.

- Necə oldu ki, "Greencard” lotoreyasına qoşulmağa qəra verdiniz?

- "Greencard” lotoreyasına qoşulmaq tələbəlik illərində ağlımda yox idi. Universitetin sonuncu kursunda oxuyarkən 2017-2018-ci illərdə qərara gəldim ki, Amerikaya gedim. Bu barədə bəzi araşdırmalar etdim. Dostlarım mənə "Greencard”-a qoşulmağı təklif edirdilər, lakin qalib ehtimalım çox az idi. 

- Bildiyimiz qədərilə bundan öncə bir dəfə də müraciət etmisiniz və qalib olmusunuz. Bir az bu haqda danışaq...

- 2017-ci ildə ilk dəfə müraciət etmişdim. Müraciətimi tam xatırlamırdım. Əgər xatırlasaydım, bu barədə daha məsuliyyətli davranardım. Lotoreyadan qeydiyyatdan keçmişdim, lakin bu barədə ətraflı məlumatım yox idi. 2018-ci ildə universiteti bitirdim, daha sonra hərbi xidmətə yollandım. Hərbi xidmətdən qayıdandan 8 ay sonra yeni "Greencard” üçün qeydiyyatdan keçmək istədim. Bəxtimi yoxlamaq istəyirdim. Mail adresimə daxil olanda gördüm ki, "Greencard” adından bir mesaj gəlib. Gördüm ki, qalib gəlmişəm. İlk dəfə görəndə heç inanmağım gəlmədi. Bir neçə şəxslərə bu mesajı göndərdim. Bunun doğru olduğunu mənə bildirdilər. Təbii ki, çox pis oldum, xəbərsiz olduğuma görə bu fürsəti qaçırtdım. Amma bunu da bir qismət kimi qəbul edirəm.

- Hazırda yenidən qalib gəlmisiniz. Bu dəfə gedib orada yaşamağı düşünürsünüz?

-Bəli, bu fürsəti dəyərləndirməyi planlaşdırıram.

- Amerikada yaşadığınız müddətdə nə kimi işlərlə məşğul olmağı planlayırsınız?

- Biznesyönümlü fəaliyyət göstərməyi planlaşdırıram. İndiyə qədər sərhəddən kənara çıxmamışam. Orada kifayət qədər tanışlarım var. Onların mənə dəstəyi sayəsində bir neçə iş görməyi düşünürəm. Bir neçə təkliflər var. Ora getmək üçün bir neçə peşə biliyin olmalıdır. Bu təkliflər barədə düşünürəm, uyğun bildiyimi qəbul edecəm.

- Amerikada qalacaq yaşayış yerinizi təyin etmisiniz?

- Planladığım şəhər Boston şəhəridir. Dostlarım, tanışlarım orada yaşayır deyə, mənə də rahat olacaq. Xərclərim barədə danışım. Bu xərcləri özüm qarşılayacam. Çünki mən rəsmi saytın özündən qeydiyyatdan keçmişəm. Heç bir daxili özəl şirkətə qoşulub getməyəcəm.

- "Greencard”la qalib gələnlər Amerikada necə qarşılanır? Bu haqda məlumatınız varmı?

- Bu barədə o qədər də məlumatlı deyiləm. Mən orada heç vaxt yaşamamışam. Amma "Greencard”la gedənlər ora bilet alım gedən adamlardan daha şanslıdır. Çünki o karta yiyələndikdən sonra öz ölkənə sərbəst şəkildə gedib-gələ, ailəni apara bilərsən. Bu da kartın əlverişli xüsusiyyətlərindəndir.

Bildiyimiz kimi ABŞ-da xarici dil bilmək vacibdir. Hansı xarici dili bilirsiniz?

- Bu, mənim yaralı yerimdir. Təəssüf hissi ilə deyirəm ki, mən ingilis dilini zəif bilirəm. Universitetdə təhsil aldığım qədərilə "Elementry” səviyyəsində bilirəm.
 
Ayşən Mirzəyeva,
Hüseyn Həsənov 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu