Bu binalarda evi olanların diqqətinə — 50 faizlik artım ola bilər

Bu binalarda evi olanların diqqətinə — 50 faizlik artım ola bilər
SOSİAL
20:54 04.05.2026
1592
"Xruşşovka” tipli köhnə binaların bazar dəyəri son illərdə artma tendensiyası göstərir. Bu artımın arxasında bir neçə iqtisadi və sosial amil dayanır. Xüsusilə söküntü ilə bağlı gözləntilər və kompensasiya imkanları bazara təsir edir. Eyni zamanda yeni tikililərin yüksək qiyməti köhnə binalara tələbatı artırır. Bu faktorlar birlikdə daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasına ciddi təsir göstərir. 

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, "Xruşşovka” tipli köhnə binaların söküləcəyi ilə bağlı gözləntilər özlüyündə qiymət artımına səbəb olan amillərdən biridir:

"Bunun səbəbi ondan ibarətdir ki, bir sıra vətəndaşlar və investorlar düşünürlər ki, söküntü zamanı yüksək kompensasiya almaq mümkündür və ya həmin ərazilərdə yeni binalar tikildiyi halda, müvafiq sahəyə uyğun olaraq yeni mənzil əldə etmək olar. Bu isə hazırda "Xruşşovka” tipli binaların qiymətinin ən azı 50 faiz artmasına gətirib çıxara bilər. Lakin bu yanaşma risklidir, çünki söküntünün nə vaxt baş verəcəyi, həmin ərazidə yeni binanın tikilib-tikilməyəcəyi və ya veriləcək kompensasiyanın kvadratmetr üzrə hazırkı bazar dəyərindən nə qədər yüksək olacağı hələlik qeyri-müəyyən məsələlərdir".

O deyib ki, bahalaşmanın başqa bir səbəbi yeni tikili binaların həddən artıq yüksək qiymətlə bazara çıxarılmasıdır:

"Bu vəziyyət vətəndaşları ya həyət evlərinə, ya da köhnə binalara yönəldir və nəticədə köhnə binalara tələbatın davam etməsinə gətirib çıxarır. Beləliklə, həm söküntü ehtimalları, həm də yeni binalara maddi imkan çatmayan vətəndaşların köhnə binalara üz tutması qiymət artımını formalaşdıran əsas səbəblərdir. Üçüncü amil isə köhnə binaların hələ də ipoteka predmeti kimi istifadə olunmasıdır. Halbuki şəhərin yenilənməsi məqsəd qoyulursa, yeni binaların daha çox təşviq olunması daha məqsədəuyğun olar. Köhnə binalar isə zamanla mərhələli şəkildə sökülərək şəhər mühitinin yenilənməsinə şərait yaratmalıdır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
11:09 02.11.2026
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
11:08 02.11.2026
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
11:05 02.11.2026
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
10:47 02.11.2026
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
Qurban Bayramov vəfat etdi
10:39 02.11.2026
Qurban Bayramov vəfat etdi
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
10:37 02.11.2026
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
10:32 02.11.2026
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
10:28 02.11.2026
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
10:18 02.11.2026
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
10:11 02.11.2026
Qaytarıla bilməyən kreditlər bağlanacaq
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
10:03 02.11.2026
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
Novxanıda qəza: 5 nəfər xəsarət aldı
09:57 02.11.2026
Novxanıda qəza: 5 nəfər xəsarət aldı
Milli Müdafiə Universitetinin rektoru Gündüz Əbdülov ABŞ-yə səfər edib
09:55 02.11.2026
Milli Müdafiə Universitetinin rektoru Gündüz Əbdülov ABŞ-yə səfər edib
Bu ölkədə “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır
09:50 02.11.2026
Bu ölkədə “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır
İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib
09:41 02.11.2026
İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib
İranın xarici işlər naziri Türkmənistana səfər edib
09:39 02.11.2026
İranın xarici işlər naziri Türkmənistana səfər edib