İranın xarici işlər naziri Abbas Əraqçi bu gün diplomatik və iqtisadi nümayəndə heyətinin rəhbəri kimi Aşqabada səfər edib.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, Abbas Əraqçinin səfər çərçivəsində Türkmənistan rəsmiləri ilə iki ölkənin qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə ikitərəfli münasibətlərini müzakirə edəcəyi və məsləhətləşmələr aparacağı gözlənilir.











































