Bu bürclər keçmiş münasibətlərini unuda bilmir - SİYAHI

MARAQLI
11:46 13.10.2023
579
Astrologiyada elə bürclər var ki, onlar keçmişdə yaşadıqları münasibətləri və münasibətdə olduqları şəxsləri unuda bilmirlər. Hətta həmin bürcün nümayəndələri ötüb keçən sözügedən münasibətin acısını çəkirlər.
 
AZXEBER.COM həmin bürcləri təqdim edirik:

Qoç 
Qoçlar həmişə ürəklərini və zehinlərini gözəl xatirələrlə doldurmaq istəyirlər. Münasibətlərində həmişə həyəcanlı və xoşbəxt anlar toplayırlar. Qoç insanların köhnələrini buraxmamasının yeganə səbəbi bu ola bilər.

Keçmişə sarılmaq istəkləri onlara keçmiş sevgililəri ilə keçirdikləri bütün xoş anları xatırladır. Belə düşünmək Qoç bürcü adamlarına nəyi əskik etdiyini daim xatırladır. Keçmiş sevgilisini ağlından çıxarmaqda çətinlik çəkən Qoçun sağalması uzun müddət alır.

Şir
Şir bürcü adətən özünə inamlı və güclü təbiəti ilə tanınır. Onlar həmişə dik durmağa çalışırlar. Ancaq nə qədər özlərinə güvənsələr də, ayrılıq yaşadıqları zaman asanlıqla dağılırlar. Münasibətləri bitəndə o insanı unutmaq üçün uzun zaman lazımdır. Ayrılığı asanlıqla qəbul edə bilmədiklərinə görə, keçmiş sevgililərini yenidən sevdirməyin yollarını axtarırlar. Ayrılıqlarını, ağılarını hamıya deyirlər.

Əqrəb
Əqrəblər ümumiyyətlə münasibətlərində sadiq xarakterləri ilə tanınırlar. Əqrəblər münasibətlərə həvəslidirlər. Ona görə də kiməsə bağlandıqda ömür boyu birlikdə olmağı xəyal edirlər.

Yaxşı münasibətlər pis sona çatdıqda, Əqrəb bürcü insanları dərin kədər və məyusluq yaşayırlar. Bu vəziyyətdən asanlıqla çıxa bilmirlər. Hətta bunu vəsvəsə çevirə bilərlər. Onları tez-tez ayrıldıqdan sonra öz otaqlarında ağlayan tapa bilərsiniz. Ayrılıqlardan çox əziyyət çəkən Əqrəblər yeni münasibət qurmaqda çətinlik çəkirlər.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR