Bu, böyrək daşlarının kəsiksiz xaric edilməsinə imkan verəcək

Bu, böyrək daşlarının kəsiksiz xaric edilməsinə imkan verəcək
SAĞLAMLIQ
12:12 25.01.2024
570
Böyrək və sidik axarı daşlarının cərrahi müdaxiləsiz parçalanmasına imkan verən üsullardan biri də ekstrakorporal zərbə-dalğa litotripsiyası adlanır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən bu üsulla daşların müalicəsinə imkan verən litotripter avadanlığı alınıb.

İsveçrənin Storz Medical şirkətinin istehsalı olan tibbi avadanlıq zərbə dalğasının köməyi ilə böyrəklər, sidik axarı və sidik kisəsindəki daşların parçalanmasını təmin edir. Cihazda rentgen və ultrasəs müayinə funksiyalarının mövcud olması daşın dəqiq yerini və zərbə dalğalarının istiqamətini nəzarətdə saxlamağa imkan verir. Dalğalar ətraf toxumaları zədələmədən yalnız daşlara təsir göstərir. Kiçik fraqmentlərə və quma çevrilən daşlar əksər hallarda sidik yolları ilə sərbəst xaric olur. 

Ekstrakorporal zərbə-dalğa litotripsiyasının üstünlüklərindən biri də odur ki, prosedur ambulator şəraitdə kəsiksiz və ağrısız aparılır, xəstə həmin gün evə buraxılır. Cihazın çox funksional olması sidik-ifrazat sisteminə aid üzvlərin endoskopik müayinə və müalicəsinin həyata keçirilməsini də mümkün edir. 

Ekstrakorporal litotripsiya ilə çıxarılması mümkün olmayan daşların xaric olunması üçün tətbiq edilən üsullardan biri də kontakt litotripsiya adlanır. Bu üsulla icra edilən əməliyyatdan sonra xəstə tez bir zamanda ayağa qalxıb öz gündəlik həyatına geri dönə bilir.  Kontakt litotripsiya üsulu ilə uroloji əməliyyatların icrası üçün Agentlik tərəfindən alətlərlə bir yerdə pnevmatik və ultrasəs litotripsiya cihazları alınıb.

Ultrasəs litotripsiya böyrək, sidik axarı və sidik kisəsindəki daşların parçalanması üçün effektiv üsul hesab olunur. Yüksək tezlikli vibrasiya nəticəsində daşlar endoskop nəzarəti altında parçalanaraq kiçik hissəciklərə və ya qum halına gətirilir. Bundan sonra onlar əməliyyat sahəsindən aspiratorla kənarlaşdırılır. Çıxarılan fraqmentlərin laborator analiz üçün toplanması üçün cihaz xüsusi hazırlanmış steril konteynerlə təchiz olunub.  

Sidik axarı daşlarının cərrahi müalicəsində tətbiq edilən effektiv minimal invaziv üsullardan biri pnevmatik litotripsiyadır. Bu növ əməliyyatlarda daşların parçalanması sıxılmış hava təsiri altında baş verir. Sidik kanalından və ya dəridən əməliyyat sahəsinə yeridilən titan zond döyəcləmə effekti ilə daşları parçalayır. Sadəliyi və mobilliyi ilə seçilən bu üsul sidik-ifrazat sisteminin bütün hissələrindəki daşların (böyrəklər, sidik axarları, sidik kisəsi) fraqmentasiyası üçün uyğun olub, istənilən sıxlıqlı daşların parçalanması üçün istifadə oluna bilər. Yeni Klinikaya təhvil verilən tibbi avadanlıqlar artıq istifadəyə verilib.

Qeyd edək ki, icbari tibbi sığorta çərçivəsində sidik ifrazat sistemi daşlarının qeyd olunan müasir metodlarla müayinə və müalicəsi ödənişsizdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım